azturkxeber.az
http://azturkxeber.az

Sumqayıtda yataqxana binasında baş verən yanğın qısa müddətdə söndürülüb

02-04-2025

Sumqayıtda yataqxana binasında baş verən yanğın qısa müddətdə söndürülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindənbildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 4-cü mərtəbəsinin dəhlizində 30 paqon metr elektrik kabeli, 10 kvadratmetr sahədə dolab və əşyalar, 1 ədəd pəncərə çərçivəsi və 1 otağın qapısı qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 14 nəfər bina sakini təxliyə edilib.

Yataqxana binası və otaqlar yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930