Yanvar-oktyabr aylarında Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8635 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Azturkxeber.az xəbər verir ki, Nazirliyin məlumatına görə, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3794-ü torpaq sahəsi, 3271-i fərdi yaşayış və bağ evi, 1188-i mənzil, 181-i qeyri-yaşayış sahəsi,171-i qeyri-yaşayış binası, 30-u əmlak kompleksidir.
Cari ilin 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,9 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: