azturkxeber.az
http://azturkxeber.az

“Uşaq Hüquqları Aylığı” çərçivəsində DİN-in Polis Akademiyasında dəyirmi masa keçirilib

17-11-2025

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi Uşaq hüquqlarının müdafiəsi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, nazirliyin müvafiq struktur qurumlarının, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Xəzər rayonu üzrə orta məktəblərin şagird və müəllim kollektivi iştirak ediblər.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı tədbirdə çıxış edərək “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunan dəyirmi masanın və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Ombudsmanın uşaqların, o cümlədən hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Mövzular üzrə çıxışlar yekunlaşdıqdan sonra akademiyanın kursantlarının hazırladığı məruzələr dinlənilib və mövzu ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda müzakirələrdə fəallıq göstərən məktəblilərə hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930