azturkxeber.az
http://azturkxeber.az

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır

16-11-2025

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır.

Qardaş ölkənin media orqanları bazar günü yayımlanan reportajlarında Azərbaycan liderinin görüş iştirakçılarına müraciətinə, o cümlədən Zəngəzur dəhlizi layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) ilə bağlı fikirlərinə diqqət yetiriblər.

Dövlət başçısının bu ilin avqust ayında Vaşinqtonda Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə edilən razılaşmaların əhəmiyyətinə, eləcə də ölkəmizdə Zəngəzur Dəhlizinin tikintisinin vaxt qrafikinə dair sitatları təqdim olunub.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilib ki, 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəmir yolu Orta Dəhlizin mühüm arteriyasına çevriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930