azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının finalında

12-11-2025

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının finalında

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq.

Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930