azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda beynəlxalq reytinqli şahmat turniri keçirilib

06-11-2025

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb.

Turnirdə müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılar bacarıq və biliklərini nümayiş etdiriblər.

Turnirdə 87 şahmatçı iştirak edib. Onlardan 51-i reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. Yarışda 11 qadın və 24 kişi iştirakçı, həmçinin 6–16 yaş aralığındakı 62 gənc, 2 Türkiyə vətəndaşı və 5 veteran şahmatçı mübarizə aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930