Vətən Müharibəsinin 5 İlliyinə Həsr Olunmuş “Zəfərə Açılan Pəncərə” Filminin Premyerası Nizami Kino Mərkəzində Keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası və "Qulp Studio"nun birgə təşkilatçılığı və dəstəyi ilə çəkilmiş "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçiriləcək.
Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.
Filmin premyerasi 7 noyabr, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Əlaqəli şəxs: Audiovizual Şuranın Kommunikasi sektorunun əməkdaşı Xəyalə Mərdanlı. Telefon: 055 709 70 99
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: