azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

05-11-2025

Bu gün şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər birimizin müqəddəs borcudur.

Bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, hər bir məmur, o cümlədən prokurorluq əməkdaşları bu amalın icrasında öz məsuliyyətini dərindən dərk etməli, xidməti vəzifələrini vicdanla, ləyaqətlə icra etməlidirlər:

"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları yaradılıb. Hazırda adları qeyd edilən prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə zəruri şərait təmin edilib, ştat vahidlərinin komplektləşdirilməsi həyata keçirilib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930