azturkxeber.az
http://azturkxeber.az

Qaxda iki evdən 125 min manatlıq oğurluq edən şəxs saxlanılıb – Oğurladığı pulla xaricə istirahətə gedib

03-11-2025

Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun verdiyi məlumata gör, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O, oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib. Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930