“Konstitusiya və Suverenlik İli” çərçivəsində regionlarda tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Cəlilabad Rayon Ağsaqqallar Şurası və Cəlilabad RİHB-nin Alar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Alar kənd Mədəniyyət Evində maarifləndirmə tədbiri keçirilib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, eləcə də ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş islahatlar barədə məlumat verib.
Həmçinin Ombudsman təsisatının fəaliyyət istiqamətlərindən, Müvəkkilə müraciət üsullarından, o cümlədən “916” Çağrı Mərkəzindən bəhs edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: