azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

23-10-2025

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan millisinin daha 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında qələbə qazanıb.

Boks Federasiyasından bildirilib ki, turnirin beşinci günündə Elcan Musazadə (50 kiloqram) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb. Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kiloqram) də 1/4 final mərhələsindəki döyüşünü öz xeyrinə bitirib. Ona Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan boksçu yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.

Mehran Rəsulov (80 kiloqram) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.

Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edib. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.

Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031