azturkxeber.az
http://azturkxeber.az

DÇ-2026: Bu gün seçmə mərhələdə növbəti oyunlar keçiriləcək

14-10-2025

DÇ-2026: Bu gün seçmə mərhələdə növbəti oyunlar keçiriləcək

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edəcək. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

F qrupunda Portuqaliya millisi evdə Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. I qrupunda Estoniya Moldova ilə, İtaliya İsraillə üz-üzə gələcək.

K qrupunda isə İngiltərə millisi Latviyanın, Serbiya kollektivi Andorranın qonağı olacaq.

DÇ-2026

Seçmə mərhələ

14 oktyabr

E qrupu

22:45. İspaniya - Bolqarıstan

22:45. Türkiyə - Gürcüstan

Xal durumu: İspaniya - 9, Türkiyə - 6, Gürcüstan - 3, Bolqarıstan - 0.

F qrupu

22:45. Portuqaliya - Macarıstan

22:45. İrlandiya - Ermənistan

Xal durumu: Portuqaliya - 9, Macarıstan - 4, Ermənistan - 3, İrlandiya - 1.

I qrupu

20:00. Estoniya - Moldova

22:45. İtaliya - İsrail

Xal durumu: Norveç - 18, İtaliya - 12, İsrail - 9, Estoniya - 3, Moldova - 0.

K qrupu

22:45. Latviya - İngiltərə

22:45. Andorra - Serbiya

Xal durumu: İngiltərə - 15, Albaniya - 11, Serbiya - 7, Latviya - 5, Andorra - 1.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031