azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennişçilər III MDB Oyunlarını 9 medalla başa vurublar

29-09-2025

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışlarına yekun vurulub. İdmançılarımız son oyun günündə daha 3 medal qazanıblar. Şəxsi yarışların finalında uduzan Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, bundan əvvəl oğlanlardan və qızlardan ibarət kollektiv komanda yarışlarında, Onur Quluzadə ilə Adil Əhmədzadə qoşa yarışlarda gümüş mükafata layiq görülüb. Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub. Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Beləliklə, stolustü tennisçilər III MDB Oyunlarını 6 gümüş, 3 bürunc medalla başa vurublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930