azturkxeber.az
http://azturkxeber.az

Şəmkirdə minik avtomobilində yanğın olub

10-09-2025


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930