azturkxeber.az
http://azturkxeber.az

“Fitch” Türkiyə iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb

10-09-2025

“Fitch” Türkiyə iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb.

2025-ci ilin ikinci rübündə Türkiyədə ÜDM artımı ilə bağlı rəsmi məlumatlar fonunda reytinq agentliyi ölkənin cari il üçün iqtisadi artım proqnozunu 2,9 faizdən 3,5 faizə qaldırıb.

“Fitch Ratings” analitikləri 2026-cı ildə Türkiyə iqtisadiyyatının artımını 3,5%, 2027-ci ildə isə 4,2% həcmində proqnozlaşdırırlar.

Beynəlxalq reytinq agentliyi Türkiyədə inflyasiyanın azalmasına da diqqət çəkərək qeyd edib ki, onların hesablamalarına görə, cari ilin sonunadək respublikada istehlak qiymətləri indeksinin artımı 28%-ə düşəcəkdir, inflyasiyanın isə 21%, 2027-ci ildə 19% səviyyəsində olacağı gözlənilir.

“Fitch Ratings” ekspertlərinin fikrincə, Türkiyə Mərkəzi Bankı ilin sonuna kimi əsas uçot dərəcəsini 35%-ə endirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930