Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi faktı üzrə cinayət işi başlanıb
Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.