Ruslan Lunev Avropa Çempionatında Gümüş Medal Qazandı!
Atıcımız Ruslan Lunev Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında yüksək nəticə göstərərək gümüş medalın sahibi olub.
Yarışın 6 raundu üzrə Lunev ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb. Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.