Müsabiqə əsaslı satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 39 faizədək artıb
2025-ci ilin yanvar-iyun aylarında müsabiqə əsaslı satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6 faiz artaraq 329 milyon manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qənaət məbləği dövlət satınalmaları sahəsində maliyyə səmərəliliyinin və rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri olmaqla, təsdiq edilmiş müsabiqə əsaslı satınalmalar üzrə ehtimal olunan qiymətlərlə həmin satınalmalarda qalib gəlmiş təchizatçıların təklif etdiyi qiymətlər arasındakı fərq hesabına formalaşır.