azturkxeber.az
http://azturkxeber.az

Donald Tusk: ABŞ-Aİ razılaşmasına baxmayaraq, Polşa tariflər səbəbindən azı 2 milyard dollar itirə bilər

30-07-2025

Donald Tusk: ABŞ-Aİ razılaşmasına baxmayaraq, Polşa tariflər səbəbindən azı 2 milyard dollar itirə bilər

Polşanın Baş naziri Donald Tusk bildirib ki, ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi yeni rüsumlar Polşaya təxminən 2,16 milyard dollara başa gələ bilər.

Baş nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “İtkilər Atlantikanın hər iki tərəfində böyük olacaq, lakin sərt ticarət razılaşması müttəfiqlər arasında mənasız tarif müharibəsindən daha yaxşıdır”.

Bazar günü, iyulun 27-də Birləşmiş Ştatlar Avropa İttifaqı ilə çərçivə ticarət razılaşması əldə edib. Vaşinqton Aİ mallarının əksəriyyətinə 15 faiz idxal rüsumu tətbiq edib ki, bu, ilkin olaraq nəzərdə tutulan məbləğin təxminən yarısı deməkdir. Həmin razılaşma qlobal ticarətin təxminən üçdəbirini təşkil edən iki müttəfiq arasında daha geniş ticarət müharibəsinin qarşısını alıb.

Polşa birbaşa ABŞ-a elə də çox məhsul ixrac etmir, lakin tariflərin təsirini gözləyir, çünki polyak şirkətləri çox vaxt subpodratçı qismində çıxış edir. Məsələn, Almaniyaya avtomobil hissələri ixrac edirlər və o, öz növbəsində, ABŞ-a hazır avtomobillər göndərir.

ABŞ-ın idxalına yeni 15 faizlik baza rüsumuna Mərkəzi Avropanın ixracının əsas hissəsi olan avtomobillər daxildir. Bu, Vaşinqton tərəfindən təhdid edilən 27,5 faizlik rüsumdan aşağı olsa da, ABŞ Prezidenti Donald Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra qlobal tarifləri elan etməzdən əvvəl mövcud olan 2,5 faizdən xeyli yuxarıdır.

Mərkəzi Avropanın digər ölkələri də razılaşmanın transatlantik ticarəti narahat edən qeyri-müəyyənliyi aradan qaldırdığını, lakin yeni tariflərin onlara da təsir edəcəyini gözlədiklərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031