azturkxeber.az
http://azturkxeber.az

Ankara ABŞ-dan maye təbii qazın idxalı üzrə yeni razılaşmanı istisna etmir

30-07-2025

Ankara ABŞ-dan maye təbii qazın idxalı üzrə yeni razılaşmanı istisna etmir

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-dan maye təbii qaz (MTQ) tədarükünə dair yeni razılaşmanın imzalanmasını istisna etməyib.

Türkiyənin energetika naziri jurnalistlərə açıqlamasında MTQ-nin uzunmüddətli alışına dair təmasların əhəmiyyətinə toxunaraq, Ankara ilə Vaşinqtonun mövcud razılaşmaya əlavə olaraq yeni qaz müqaviləsi imzalaya biləcəyini bildirib.

Bayraktarın sözlərinə görə, bu məsələ ABŞ-ın Ankaradakı səfiri Tomas Barrakla keçirilən görüşdə də müzakirə olunub. “İki ölkə arasında enerji gündəliyinə neft-qaz yataqlarının birgə araşdırılması üzrə layihələr də daxildir. Bütün bunlar operativ şəkildə həll oluna biləcək addımlardır”, – deyə nazir vurğulayıb.

Nazir, həmçinin İraqdan neft tədarükünün artırılması istiqamətində görülən səylərdən də danışıb. “İraq-Türkiyə neft kəmərinin potensialı gündəlik 1,5 milyon barel neft nəqli üçün nəzərdə tutulub. Təəssüf ki, bu boru kəməri heç vaxt tam gücü ilə işləməyib, halbuki Türkiyə onun fəaliyyətinin təmin olunmasına xeyli sərmayə qoyub”, – deyə A. Bayraktar qeyd edib.

Nazirin sözlərinə görə, bu neft kəmərinin qonşu ölkənin cənub vilayətlərinə qədər uzadılması da mümkündür. Ankara bu məsələdə Bağdaddan konkret addımlar gözləyir və artıq son tarix 2026-cı ilin iyul ayı olaraq müəyyənləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031