azturkxeber.az
http://azturkxeber.az

Dünən Türkiyədə 84 yanğın hadisəsi qeydə alınıb

27-07-2025

Dünən Türkiyədə 84 yanğın hadisəsi qeydə alınıb

Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş olmaqla, dörd vilayətdə meşə yanğınları ilə mübarizə davam edir.

Ölkə üzrə baş verən son yanğınlarla bağlı Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.

Bildirilib ki, Bursadakı yanğınının şiddəti qismən azalıb. Orhanelidə yanğınlara müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həyatını itirib.

Nazir, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə apardıqlarını və 4 şəhərdə 5 alovun nəzarət altına alındığını deyib. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib.

Yumaklı, oktyabrın 15-dək bütün vətəndaşların ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031