azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə meşə yanğınları səbəbindən insanlar təxliyə edilir

27-07-2025

Türkiyənin dörd vilayətdə meşə yanğınları başlayıb.

Bursa, Uşak, Karabük və Kahramanmaraşda yanğınlara havadan və qurudan müdaxilə edilir.

Bursanın üç rayonunda bəzi magistral yollar eləcə də Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Güclü külək səbəbindən yanğının sahəsi genişlənib, sakinlər təxliyə ediliblər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Kestel rayonundakı iki kənddən ümumilikdə 1300-dən artıq insanın köçürüldüyünü deyib.

Uşak vilayətində də ehtiyat tədbiri olaraq bir kənd və iki məhəllə təxliyə edilib, bəzi evlərə ziyan dəydiyi bildirilir.

Karabükdə isə artıq dörd gündür yanğınla mübarizə davam edir. Burada isə 18 kənd və 50 məhəllə boşaldılıb.

Kahramanmaraşdakı yanğında 3 ev yanıb, 130 nəfər təhlükəsiz bölgəyə təxliyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031