azturkxeber.az
http://azturkxeber.az

"Qarabağ" rəsmisi: İlk oyunda 3:0 hesablı qələbə əldə etsək də, turu keçməmişik

24-07-2025

"Qarabağ" rəsmisi: İlk oyunda 3:0 hesablı qələbə əldə etsək də, turu keçməmişik

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə İrlandiyanın “Şelburn” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyun haqqında danışıb.

Bu barədə açıqlama verən klub rəsmisi hələlik heç nəyin həll olunmadığını söyləyib: “İlk oyunda 3:0 hesablı qələbə əldə etsək də, turu keçməmişik. “Şelburn” olduqca güclü və təhlükəli komandadır. Gələn həftə Bakıda cavab oyunu baş tutacaq. Bundan sonra gələcək barədə danışmaq olar”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031