azturkxeber.az
http://azturkxeber.az

Qadınların Rəqəmsal Texnologiyalara Çıxışı Genişlənməlidir – Bahar Muradova

24-07-2025

"BMT-nin məlumatlarına görə, qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22%-ni təşkil edir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İKT-də Qadınlar” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-qadınlardır: "Lakin texnologiyayönümlü sahibkarlıqdakı payımız cəmi 15% təşkil edir. Bu, bizə bir daha göstərir ki, qadınların innovasiya və rəqəmsal iqtisadiyyata çıxış imkanları daha geniş və sistemli şəkildə dəstəklənməlidir".

B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır. Proqramın əsas məqsədi informasiya texnologiyalarına universal çıxışı təmin etmək, o cümlədən qadınlar arasında rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031