"Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı
24 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib.
Mükafatlandırma mərasimində açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. Qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edən B.Muradova əlavə edib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir: “Düşünürəm ki, biz texnologiyanın sürətlə inkişaf edərək həyatımıza nüfuz etdiyi, süni intellektin yarandığı dövrdə bütün vətəndaşlarımızı bu prosesin bərabərhüquqlu iştirakçısına çevirməklə, imkanlara əlçatanlığını təmin etməliyik”.
B.Muradova bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirsək görərik ki, bu sahədə qadınlar zaman keçdikcə daha inkişaf edirlər. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir.
Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan Komitə sədri əlavə edib ki, BMT-nin məlumatlarına görə qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22%-ni təşkil edir.
Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-inin qadınlar olduğunu qeyd edən Komitə sədri, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib.
B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır.
Komitə sədri çıxışının sonunda müsabiqənin nəticələrinin uzunmüddətli təsirə malik olacağını, rəqəmsal sahibkarlığın daha geniş yayılmasına və qadınların bu sahədə rolunun güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qalibləri təbrik edib, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib.
O qeyd edib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”.
Nazir müavini bildirib ki, istər sosial, istərsə də iqtisadi aspektdən baxdıqda, xanımlarımızın informasiya-kommunikasiya texnologiyaları sektorunda fəal iştirakı ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir.
Sosial baxımdan bu iştirakın önəminin təkcə cəmiyyətin gender bərabərliyi ilə bağlı deyil, eyni zamanda gələcəyin cəmiyyətini formalaşdıracaq texnoloji mədəniyyətin əsaslarını qoymaq baxımından həyati əhəmiyyət daşıdığını qeyd edən S.Məmmədov əlavə edib ki, texnologiyanı, innovasiyanı, rəqəmsal alətləri anlayan bir valideyn – xüsusilə bir ana – gələcəyin insanını, yəni övladını da bu istiqamətdə yetişdirə bilir. Beləliklə, bizim texnoloji gələcəyimiz ailədən başlayır və texnoloji savadlı cəmiyyətə doğru uzanır.
Müsabiqənin Münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova təşəbbüsə ev sahibliyi etdiyinə görə Dövlət Komitəsinə, eləcə də tərəfdaş qurumlara təşəkkürünü bildirib. Son 7 il ərzində həm məktəblilərlə, həm texnologiya sahəsində çalışan qadınlarla sıx təmasda olduğunu bildirən S.Hüseynova, bu müddət ərzində onların istedadını, iradəsi və inkişaf arzusunu bu sahədə gender bərabərliyini gücləndirmək üçün dəyərli bir baza adlandırıb.
S.Hüseynova qeyd edib ki, təqdim olunan 44 layihə arasında cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, aktual mövzulara toxunan təşəbbüslər yer alıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllər yer aldığını qeyd edən münsif, layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib.