azturkxeber.az
http://azturkxeber.az

Hərbi hissələrdə “Açıq qapı günü” keçirilmişdir

01-06-2026

Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı günü” keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat almışlar.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilmiş, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930