Azərbaycan millisi Avropa Liqası öncəsi son hazırlıq üçün Türkiyəyə yollandı

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq mayın 31-də Türkiyəyə yola düşüb. Yığmamız təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək.
Azturkxeber.az xəbər verir ki, bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Boris Qrebennikovun rəhbərlik etdiyi millimiz Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığmamız iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan milli komandaları olacaq.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Asif Əliyev, Nihad Qasımov
Baş məşqçi: Boris Qrebennikov
Köməkçi məşqçilər: Akif Vəliyev, Eldar Əliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: