azturkxeber.az
http://azturkxeber.az

Konkur üzrə “Omar” Kuboku keçirilmişdir

01-06-2026

30 may 2026-cı il tarixində “Omar” Atçılıq Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə “Omar” kuboku uğrunda konkur yarışları keçirilmişdir.

Azturkxeber.az xəbər verir ki, “Omar” Atçılıq Klubunun ərazisində keçirilən yarışlarda “A” kateqoriyası üzrə 90-100 sm, “M*” kateqoriyası üzrə 115-130 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.

“A” kateqoriyasında 24 idmançının iştirakı ilə baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Amena Gonizzi “Pur-Pur” ləqəbli atla birinci, “Omar” Atçılıq Klubunun təmsilçisi Məryəm Həbibova “Kasparina” ləqəbli atla ikinci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla üçüncü, “Elite” Atçılıq Klubunun təmsilçisi Mədinə Məmmədova “Ayla” ləqəbli atla dördüncü, “Omar” Atçılıq Klubunun təmsilçisi Nazkumsal Butayeva isə “Tutu MNM” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 13 idmançının mübarizə apardığı yarışda “Elite” Atçılıq Klubunun təmsilçisi Seyid Musayev “Zidan D” ləqəbli atla birinci, “Omar” Atçılıq Klubunun təmsilçisi Kənan Novruzov “Tutu MNM” ləqəbli atla ikinci, “Sərhədçi” Atçılıq Mərkəzinin təmsilçisi Ramil İbrahimov “Şirin” ləqəbli atla üçüncü, “Omar” Atçılıq Klubunun təmsilçisi Kənan Novruzov bu dəfə “Miss Baloubet MNM” ləqəbli atla dördüncü və “Elite” Atçılıq Klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

Sonda birinci yerin sahiblərinə “Omar” Kuboku, medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930