azturkxeber.az
http://azturkxeber.az

Kiçik ürəklərə böyük qayğı - Səhiyyə Nazirliyindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndidə tibbi aksiya

01-06-2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində yaşayan uşaqlar üçün genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, bu təşəbbüs azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını gücləndirmək və uşaqların sağlam inkişafını dəstəkləmək məqsədi daşıyıb. Uşaqlara göstərilən diqqət və qayğı aksiya boyu xüsusi rəmzi məna kəsb edərək Uşaqların Müdafiəsi Gününün mahiyyətini daha da dərinləşdirib.

Aksiya çərçivəsində institutun yüksək ixtisaslı həkim komandası – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər mütəxəssislər – uşaqları hərtərəfli tibbi müayinədən keçirib. Onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental müayinələr icra olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930