“Şəhidlərimizin övladları bizə əmanətdir” – “Azərpoçt”dan nümunəvi addım

1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərpoçt” MMC-nin əməkdaşları Vətən müharibəsi şəhidi, baş leytenant Rəşad İlqar oğlu Rəhimovun iki övladını ziyarət edərək onları təbrik ediblər.
Xatırladaq ki, Rəşad Rəhimov 2011-ci ildən “Azərpoçt” MMC-də fəaliyyət göstərib. O, 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlərimizin övladları bizə əmanətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: