Azərbaycan millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəldi

Minifutbol üzrə milli komandamız Avropa çempionatının 1/8 final mərhələsində Qazaxıstan seçməsi ilə qarşılaşıb. Gərgin keçən görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azturkxeber.az xəbər verir ki, komandamızın qollarını Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurublar.
Bu nəticə ilə Azərbaycan millisi turnirin 1/4 finalına vəsiqə qazanıb. Komandamız növbəti mərhələdə Çexiya təmsilçisi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 2-də saat 23:55-də start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: