azturkxeber.az
http://azturkxeber.az

İyunun 5-də Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edəcək

01-06-2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 5-də, saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək.

Azturkxeber.az xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az* elektron poçt ünvanı, həmçinin *prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930