1 İyun münasibətilə “Mənim səsim – mənim hüquqlarım” konfransı keçirilib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.
Azturkxeber.az xəbər verir ki, 1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.
Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub.
Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib.
Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: