azturkxeber.az
http://azturkxeber.az

Nazir müavini: İKT sahəsinin bütün vətəndaşlar üçün əlçatan olması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

24-07-2025

Nazir müavini: İKT sahəsinin bütün vətəndaşlar üçün əlçatan olması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin son illər həyata keçirdiyi müxtəlif təqaüd proqramlarından və layihələrdən 4 mindən çox qadın yararlanıb. Son 4 ilin məlumatları göstərir ki, informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil alan qadınların sayı da artmaqdadır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” mövzusunda keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

"Kompüter sistemləri, informasiya texnologiyaları və təhlükəsizliyi sahələrində ali təhsil müəssisələrinə qəbul olan qadınlarım sayı dəfələrlə artıb. İnformasiya təhlükəsizliyi sahəsi ilə bağlı statistik göstəricilər xüsusilə yüksəlib. Qadınlar kibertəhlükəsizlik sahəsinə kifayət qədər maraq göstərirlər",- deyə o qeyd edib.

Nazir müavini diqqətə çatdırıb ki, İKT sahəsi, rəqəmsallaşma texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində də prioritet mövqe tutur. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq, bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçiririk”, - deyə S. Məmmədov vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031