azturkxeber.az
http://azturkxeber.az

Möhtəşəm “Dream FEST 2025” start götürdü

24-07-2025

Festivalın açılış mərasimi musiqi sevərlərə unudulmaz anlar yaşadıb. Tədbirdə iştirak edən məşhur yerli və xarici ulduzlar qırmızı xalça üzərindən keçərək jurnalistlər və tamaşaçılarla salamlaşıb.Festivalın səhnəsində ilk olaraq çıxış edən Emin ifası ilə izləyicilərə möhtəşəm anlar yaşadıb. Gecə boyu səhnə tanınmış sənətkarların ifaları ilə əsl musiqi bayramına çevrilib. Tədbirin aparıcılığını isə Azərbaycanın Xalq artisti Murad Dadaşov və tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova yerinə yetiriblər. Daha sonra Azərbaycanın sevilən Xalq artistləri tədbirə özünəməxsus rəng qatıblar.Proqram tanınmış ulduzlar Nikol Şerzinger, Brendon Stoun, Merab Amzoevi, Əfəndi, Aysel Teymurzadə və digərlərinin çıxışları ilə davam edib.

“Sea Breeze” konsertində ilk dəfə 500 drondan istifadə edilərək havada unikal işıq şousu nümayiş etdirilib. Festivalın ilk günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, “Dream FEST” iyulun 26-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031