azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Dream FEST 2025” Beynəlxalq Musiqi Festivalı başlayıb

24-07-2025

Xəzərin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində möhtəşəm “Dream FEST 2025” beynəlxalq musiqi festivalı başlayıb.

Konsertdən əvvəl xarici ulduzlar və azərbaycanlı ifaçılar qırmızı xalça üzərindən keçiblər.

Daha sonra musiqili tədbirin əsas hissəsi başlayıb. Səhnəyə ilk çıxan, ifası ilə tamaşaçıları dərhal coşduran, onlara inanılmaz enerji bəxş edən Emin olub.

Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Tünzalə Ağayevanın səsləri tədbirə xüsusi ovqat qatıb.

Musiqi axşamı Nikol Şerzinger, Brendon Stoun, Merab Amzoevi, Əfəndi, Elene Ninidze, Sevanna, Koza Nostra qrupu və başqalarının çıxışları ilə davam edib.

Musiqi festivalının ilk gününün aparıcıları Azərbaycanın Xalq artisti Murad Dadaşov və teleaparıcı Hüsniyyə Məhərrəmova olub.

“Sea Breeze” tarixində ilk dəfə olaraq tamaşaçılara 500 drondan istifadə edilməklə şou təqdim edilib.

Festivalın ilk günü möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, “Dream FEST” iyulun 26-dək davam edəcək və bu müddət ərzində tamaşaçılar Böyük Britaniya və Türkiyə, Kanada da daxil olmaqla, 100-dən çox musiqiçinin çıxışlarını maraqla izləyə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031