azturkxeber.az
http://azturkxeber.az

Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılmış nəzarət tədbirinə dair Maliyyə, Elm və təhsil nazirliklərinin birgə məlumatı

23-07-2025

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.

Aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.

205 təhsil müəssisəsində son 3 il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594,6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib, inzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunub.

Nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, 6 rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.

Digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031