Azərbaycan millisinin sabiq futbolçusu Türkiyə klubuna keçib
Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çelik özünə yeni komanda tapıb.
O, Türkiyənin "Sivasspor" klubuna keçib. Bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mert son olaraq "Səbail"də çıxış edib.