azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətini dinləyib

18-07-2025

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva iyulun 17-18-də Bakı şəhərində vətəndaşların müraciətini dinləyib.

Qəbul üçün müraciət etmiş şəxslərin hər biri ombudsmanla fərdi qaydada görüşüb. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031