azturkxeber.az
http://azturkxeber.az

“Aqrar Tədarük və Təchizat” ASC- jurnalistlər üçün milli mətbuatımızın 150 illik yubileyinə həsr olunan mediatur təşkil edib

14-07-2025


Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarını əhatə edən mediatur təşkil olunub. Tur çərçivəsində müxtəlif media nümayəndələri “Şəhərdən kəndə” layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara səfər edərək, orada görülən işlərlə yaxından tanış olublar.

Mediaturun əsas məqsədi aqrar sahədə tətbiq edilən yenilikləri və yerli istehsal prosesini nümayiş etdirməklə, fermerlərin gündəlik əməyini ictimaiyyətə çatdırmaq, regionlarda aqrar sahənin inkişafına dəstək göstərilən təsərrüfatların tanıtmaq, eləcə də, media ilə kənd təsərrüfatı sektoru arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini təmin etmək olub.

Tur zamanı jurnalistlər Qəbələdə yerləşən “Tofiqoğlu” arıçılıq təsərrüfatı, Şəkinin Öryət kəndindəki “Bio Garden” aqroturizm mərkəzi, daha sonra isə Zaqatalada fəaliyyət göstərən “Eko Zaqatala” ailə təsərrüfatlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Eyni zamanda, media nümayəndələrinə arıçılıq, balçılıq, bağçılıq, heyvandarlıq və aqroturizm sahələrində görülən işlər, istehsal prosesi və əldə edilən nəticələr barədə də ətraflı məlumatlar təqdim edilib.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən bu cür təşəbbüslərin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatının potensialını nümayiş etdirməklə yanaşı, cəmiyyətin diqqətini yerli istehsala yönəltmək və fermerlərin əməyi barədə maarifləndirici məlumatlar təqdim etmək, həmçinin, ictimaiyyəti kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun məlumatlandırmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031