azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda gender-əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları

11-07-2025



  

 

 

Azərbaycanda selektiv abort, yəni cinsə görə hamiləliyin süni şəkildə dayandırılması, son illərdə ölkənin demoqrafik tarazlığını pozan mühüm sosial və etik problem kimi gündəmdədir. Bu hal, xüsusilə qız uşaqlarına qarşı önyarğılı münasibətin nəticəsi olaraq ortaya çıxır və müxtəlif səviyyələrdə – ailə, cəmiyyət, dövlət və hüquq müstəvisində ciddi narahatlıq doğurur.

Bu ictimai müzakirənin məqsədi, Azərbaycanda cinsə görə selektiv abortların səbəblərini yalnız aşkara çıxarmaqla kifayətlənməyib, həm də bu problemin aradan qaldırılması üçün real, tətbiqolunan və sektorlarası həll yolları irəli sürməkdir.

Müzakirə vasitəsi ilə:

Qız uşaqlarına qarşı sosial və mədəni önyarğıların azaldılması,
● Seçici aborta səbəb olan texnoloji və sosial sui-istifadələrin qarşısının alınması üçün tənzimləmə təklifləri,

Ailə və cəmiyyət daxilində gender bərabərliyini təşviq edən maarifləndirici və institusional yanaşmaların işlənməsi,

Qanunvericiliyin praktik icra mexanizmlərinin gücləndirilməsi və özəl tibb sektorunda nəzarətin artırılması üçün konkret təşəbbüslərin formalaşdırılması hədəflənir.
Eyni zamanda iştirakçılarla birgə müzakirə nəticəsində maarifləndirmə fəaliyyəti təkli edəcək və ictimai şura üzvləri bunu öz fəaliyyəti zamanı nəzərə alacaq.

Statistik mənzərə:

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda son onilliklərdə doğulan hər 100 qıza 112–115 oğlan düşür.
Halbuki, bioloji norma üzrə bu nisbət təbii olaraq 104–106 oğlan / 100 qız olmalıdır.

Bu fərq “cinsi selektivlik” (gender-based sex selection) adlandırılır və dünyada bir neçə ölkədə – o cümlədən Azərbaycan, Çin və Hindistanda müşahidə olunur.
● Tədqiqatlara əsasən, son 20 ildə Azərbaycanda on minlərlə qız uşağı yalnız cinslərinə görə doğulmayıb.
Səbəblər:
1. Sosial və mədəni stereotiplər:
– Ailələrin bir çoxunda hələ də oğlan uşağı varis və təminatçı, qız isə yük kimi qəbul olunur.
– Qız uşağının ərə getdikdən sonra “başqa ailəyə keçməsi” ideyası valideynlərdə iqtisadi və psixoloji narahatlıq yaradır.
2. Texnologiyanın sui-istifadəsi:
– Ultrasəs müayinələri vasitəsilə hamiləliyin erkən mərhələsində cinsin müəyyən edilməsi selektiv abortların artmasına şərait yaradır.
– Bu texnologiya tibbi deyil, sosial seçim məqsədi ilə istifadə olunur ki, bu da etik və hüquqi dilemmanı gündəmə gətirir.
3. Sosial təzyiqlər və ailə strukturu:
– Ailə üzvlərinin, xüsusilə qayınana və ya ata tərəfindən oğlan uşağı istəyi tez-tez müdaxilə və təzyiqlərə səbəb olur.
– Bir neçə qız övladından sonra hamiləlik zamanı cinsin “yenə qız” olduğu məlum olduqda, valideynlər abort qərarı verir.
Nəticələr və risklər:

Uzunmüddətli gender disbalansı cəmiyyətdə gələcəkdə ailə qurmaqda çətinliklər, insan alveri risklərinin artması, gender zorakılığı və sosial təcrid kimi problemlərə səbəb ola bilər.
● Qız uşaqlarının dəyərinin aşağı salınması, onların təhsil alması, öz hüquqlarını müdafiə etməsi və ictimai rol oynaması üçün imkanları da məhdudlaşdırır.
● Gender disbalansı sosial narahatlıq və insan hüquqları baxımından beynəlxalq təşkilatların da diqqətindədir. Azərbaycan bu məsələdə dəfələrlə BMT, CEDAW və digər qurumların tövsiyələrini alıb.
Qanunvericilik
Selektiv abort birbaşa qanunla qadağan edilməsə də, dövlət səviyyəsində bu məsələyə qarşı mübarizə üçün maarifləndirmə kampaniyaları, ailə dəyərlərinin gücləndirilməsi, gender bərabərliyi siyasətləri həyata keçirilir. 2023-cü ildən etibarən Ailə Məcəlləsində və Səhiyyə haqqında qanunda bu məsələyə dolayı toxunan bəzi düzəlişlər müzakirəyə çıxarılıb. Lakin praktikada monitorinq və tətbiq mexanizmləri hələ zəifdir, xüsusən də özəl klinikalarda nəzarət mexanizmi məhduddur. Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” mövcuddur lakin icra prosesində boşluqlar müşahidə olunmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031