azturkxeber.az
http://azturkxeber.az

Muxtar respublika ərazisində yaşıllıq sahələrinin ərazisi genişləndiriləcək

20-10-2025

Payız əkini mövsümündə muxtar respublika ərazisində yaşıllıq sahələrinin ərazisi genişləndiriləcək.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında yeni salınacaq tut bağı üçün hazırlıq işləri görülüb. Ərazidə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemləri quraşdırılıb və digər zəruri işlər icra olunub.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq, cari ilin yaz və payız əkin mövsümündə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, ümumilikdə 204,3 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulub.

2025-ci ilin yaz əkin mövsümündə nazirlik tərəfindən 12 hektar sahədə meşəsalma, 36,5 hektar sahədə meşəbərpa tədbirləri, 66,3 hektar sahədə toxumla əkin işləri görülüb, 1,2 hektar ərazidə toxmacarlıq sahəsi yaradılıb. Ümumilikdə 995 kq toxum səpilib, 27 400 ədəd müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilib, torpağın münbitliyinin artırılması məqsədilə əkin-bərpa aparılmış ərazilərə 12 ton üzvi gübrə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031