azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsində insan resurslarının idarəedilməsi mövzusunda təlim təşkil edilib

20-10-2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri və müavinləri üçün “Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarəedilməsi” mövzusunda təlim keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən keçirilən təlimdə iştirakçılara insan resurslarının idarəedilməsi anlayışı və onun əsas elementləri izah edilib. Sonra liderlik üslubları və uğurlu rəhbərliyin meyarları müzakirə olunub. Dünyada tətbiq olunan məşhur modellərə əsasən qərarvermə üsulları, transformasiya liderliyinin əsas xüsusiyyətləri və uğursuz liderliyə gətirə biləcək səbəblər təqdim edilib. Tədbir, iştirakçıların peşəkar biliklərini artırmaq və xidməti fəaliyyətin səmərəli idarə olunmasını təmin etmək məqsədini daşıyıb. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031