azturkxeber.az
http://azturkxeber.az

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli zavodun fəaliyyətini dayandırıb (video, foto)

21-10-2025

IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən “Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- istehsalat və inzibati bina istilik və havalandırma (ventilyasiya) sistemləri ilə təmin edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam komplektləşdirilməyib;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən “Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031