azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

20-10-2025

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev 16-17 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində baş tutmuş Avropa Prokurorlarının Məşvərətçi Şurasının (CCPE) 20-ci Plenar iclasında iştirak edib.

Cinayət mühakimə sistemində prokurorluq orqanlarının mühüm rolu nəzərə alınaraq 2005-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilmiş Şura hər il prokurorluğun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə rəylər hazırlayaraq bu sahədə qabaqcıl standartların formalaşdırılmasına töhfə verir.

Avropa Şurasına üzv ölkələrin yüksək vəzifəli prokurorluq əməkdaşlarının qatıldığı cari ildəki iclas zamanı “Prokurorluq xidmətlərində müxtəliflik və inklüzivlik” mövzusunda rəy və digər tədqiqatlar müzakirə edilmiş, qurumun idarəetmə orqanlarına seçkilər keçirilib.

İrlandiya Respublikasının Dövlət Prokurorluq Xidmətinin təmsilçisi Raymond Briscoe növbəti bir il müddətinə Şuranın prezidenti seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031