azturkxeber.az
http://azturkxeber.az

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi: Qayda pozuntusu faciəyə səbəb oldu

21-10-2025

Svetoforun qadağanedici işığında keçmək bütün nəqliyyat vasitələri, eləcə də piyadalar üçün olduqca təhlükəlidir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində baş verib. İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsin svetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi.

Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar.

Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma və ya ölümlə nəticələnir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031