AZPROMO və Belarus Universal Əmtəə Birjası arasında memorandum imzalanıb
Sənəd Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını, birgə layihələrin icrasını və yeni tərəfdaşlıq platformalarının yaradılmasını hədəfləyir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO və Belarus Universal Əmtəə Birjası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənəd Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini, biznes icmaları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsini, Azərbaycan məhsullarının Belarus birjası vasitəsilə ticarətinin təşkili, birgə tədbir və layihələrin həyata keçirilməsini, həmçinin yeni tərəfdaşlıq platformalarının yaradılmasını nəzərdə tutur.