azturkxeber.az
http://azturkxeber.az

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

20-10-2025

IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində 2025-ci ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.

Təlimdə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri və “Şahdağ” Turizm Mərkəzinin xilasetmə dəstələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd kanat xəttində baş verə biləcək hadisələr zamanı qəza-xilasetmə və digər xilasetmə işlərinin aparılmasına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031