azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

07-07-2025



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın dəvəti əsasında Türkiyə Respublikasının Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Səbinə Əliyeva seminarda çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib, Ombudsmanın bu istiqamətdə müsbət iş təcrübəsini iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman TİHEK ilə səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın hər iki qurumun insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətin təkmilləşdirilməsi baxımından önəmli olduğunu bildirib.

Müvəkkil daha ədalətli, bərabər və həssas cəmiyyətin qurulması prosesinə gənclərin cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, təşkil olunan seminarın bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Seminar zamanı, həmçinin insan hüquqlarının əsas anlayışları, bərabərlik prinsipi, ayrı-seçkiliklə mübarizə, işgəncə və pis rəftarın qadağan edilməsi və bu sahələrdə milli və beynəlxalq təcrübə mövzuları üzrə çıxışlar dinlənilib.

Seminarın yekununda iştirakçılara sertifikatlar təqdim olunub, Ombudsman Səbinə Əliyeva gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031