azturkxeber.az
http://azturkxeber.az

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

07-07-2025

Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Paytaxtın Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7 min 980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən 1170 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 63 yaşlı Ş.İmanquliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031